Çərşənbə axşamı, 07 May

Paşinyan Qarabağdan əlini tamam çəkib - "Past"

image

“Paşinyan Laçın dəhlizindən əlini tamam üzüb”.

Xəbər verilir ki, bu barədə “Past” qəzeti məqalə dərc edib. Məqalədə deyilir ki, bu günlərdə Laçın ətrafında baş verənlər ictimaiyyətin diqqət mərkəzindədir və son bir ayda ən əsas məsələyə çevrilib.

Nəşrin məlumatına görə, hələ avqustun əvvəlində hökumət qondarma qurumun başçısı Arayik Arutyunyan və Vitali Balasanyanın iştirak etdiyi qapalı iclas keçirib.

“Ermənistanın Baş naziri Nikol Paşinyan da Dövlət Dumasından ona “ən sadiq olanları” bu görüşə dəvət edib. Arayik Arutyunyan bildirib ki, azərbaycanlılar Laçından keçən yolu bağlamaq niyyətindədirlər. Buna cavab olaraq Paşinyan belə bir məlumata malik olmadığını bildirib.

Arutyunyan həmçinin qeyd edib ki, Rusiya tərəfi ona Şuşa sektorunda hər an Laçın dəhlizini bağlaya biləcək türk bölmələrinin olması barədə məlumat verib.

Bununla əlaqədar Paşinyan eyham vurub ki, “Arsax” bütün bu kimi məsələləri Rusiya sülhməramlıları ilə aydınlaşdırmalıdır. Bununla da o, Qarabağdan tamamilə əlini çəkdiyini sübut edib”, – deyə qəzet yazıb.

Nəşrin hökumətdəki mənbəsi görüşün kifayət qədər gərgin keçdiyini qeyd edib.

“Arutyunyan Qarabağa qayıdıb və rus sülhməramlıları ilə danışıqlardan sonra Laçın yolunun bağlanması məsələsini bir ay müddətinə uzada bilib”, – deyə qəzet yazır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24